Bakıda yaşlı kişini avtomobil vurub

4 Mart 2021 08:33

Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Zabrat qəsəbəsində baş verib.

Təxminən, 45-50 yaşlı kişi yolu keçərkən onu minik avtomobili vurub. Naməlum piyada qapalı kəllə-beyin travması və aşağı ətrafın sınığı diaqnozu ilə 3 nömrəli şəhər klinik xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az