Göyçayda 37 yaşlı kişi dəm qazından boğularaq ölüb - FOTO

3 Mart 2021 23:30

Göyçayda 37 yaşlı kişi dəm qazından boğularaq ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə Göyçay şəhərinin Rəsul Rza küçəsində qeydə alınıb.

Göyçay şəhər sakini, 1984-cü il təvəllüdlü Həsənov Emin Kamil oğlu yaşadığı evin hamam otağında dəm qazından boğularaq həyatını itirib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az