İsveçdə cinayətkar 8 nəfəri yaralayıb

3 Mart 2021 23:03

İsveçin Vetland şəhərində naməlum şəxs silahla insanlara hücum edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, cinayətkar naməlum əşya ilə 8 nəfəri yaralayıb. Hadisə yerinə cəlb edilən polis əməkdaşları cinayətkara qarşı odlu silahdan istifadə ediblər.

Bildirilir ki, yaralanan cinayətkar xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti barədə məlumat verilmir.

Milli.Az