Mingəçevirdə üç minik avtomobili toqquşub, xəsarət alan var

3 Mart 2021 19:14

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Mingəçevir şəhərində "Mercedes", "Mitsubishi" və "ВАЗ" markalı üç minik avtomobili toqquşub.

FHN-dən Milli.Az-a bildirilib ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan "Mercedes" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az