A seriyasının təxirə salınmış "Yuventus" - "Napoli" matçının keçiriləcəyi tarix açıqlanıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb. Matçın martın 17-də oynanılacağı bildirilib.
Oktyabrın 4-də keçidilməli olan qarşılaşman koronavirus pandemiyasına görə təxirə salınmışdı.
Qeyd edək ki, "Yuventus" turnir cədvəlində 49 xalla 3-cü, "Napoli" isə 43 xalla 6-cıdır.
Milli.Az