Mariya 10 illik diskvalifikasiya olundu - FOTO

3 Mart 2021 18:24

Rusiyalı fiqurlu konkisürən Mariya Sotskova diskvalifikasiya olunub.

Milli.Az apasport.az-a istinadla bildirir ki, 21 yaşlı idmançı antidopinq qaydalarını pozduğu üçün 10 illik cəza alıb.

Sotskova furosemiddən istifadə və saxta tibbi sənədlər hazırlamaqda ittiham olunur. Onun cəza müddəti 2020-ci il aprelin 6-dan hesablanır. Sotskovanın cəzası 2030-cu il aprelin 6-dək davam edəcək.

Qeyd edək ki, Sotskova Qran-Pri yarışlarının mükafatçısı olub.

Milli.Az