Türkiyədən Azərbaycana polad ixracı artıb

3 Mart 2021 17:59

2021-ci ilin yanvar-fevral aylarında Türkiyədən Azərbaycana polad ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 15,2 faiz artaraq 16,173 milyon dollar təşkil edib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Fevral ayında polad ixracı 2020-ci illə müqayisədə 4,1 faiz artaraq 7,421 milyon dollara bərabər olub.

Hesabat dövründə Türkiyənin dünya bazarına polad ixracı 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 6,3 faiz artıb və 2,268 milyard dollara bərabər olub.

2021-ci ilin yanvar ayında polad ixracı Türkiyənin ümumi ixracının 8,1 faizini təşkil edib.

Qeyd edək ki, son 12 ay ərzində (fevral 2020 - fevral 2021) Türkiyənin polad ixracı 12,762 milyard dollara bərabər olub.

Milli.Az