"Məşqdə onu izləyəndə düşündüm ki, Tanrı həqiqətən də var"

4 Mart 2021 01:06

"Yuventus"un qapıçısı Canluici Buffon Turin klubunun baş məşqçisi və sabiq komanda yoldaşı  Andrea Pirlo ilə münasibətindən danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 43 yaşlı qapıçı özündən 2 yaş kiçik olan baş məşqçisi ilə yaxın dost olduqlarını deyib:

"Pirlo ilə dostluğumuz çox keçmişə dayanır. Mən, Qattuzo və Pirlo 1993-cü ildən dostuq. Dünya kubokunu birlikdə qazanmaq münasibətimizi inanılmaz bir səviyyəyə gətirdi. O kubokun qalibi olmaq bizim aramızda bağ yaratdı.

Pirlo "Yuventus"a transfer olunanda onun məşqini izləyəndən sonra öz-özümə dedim: "Tanrı həqiqətən də var".

Pirlo mənim üçün başqalarının yanında həmişə "Cənab Pirlo" olacaq. Bu klubda ikimizin də fərqli vəzifəsi var. Amma birlikdə harasa gedəndə mən Cici, o isə Andrea olur".

Qeyd edək ki, Pirlo 2011-15-ci illərdə "Yuventus"da oynayıb. Buffon isə 2001-ci ildən çıxış etdiyi komandadan 2018-ci ildə ayrılıb, PSJ-yə getsə də, 1 il sonra yenidən "qoca sinyora"ya qayıdıb. Pirlo ötən ilin yayından "Yuventus"u çalışdırır.

Milli.Az