Səhiyyə naziri: «Sekslə daha çox məşğul olun!»
27 Aprel 2010 18:47
Braziliyanın səhiyyə naziri Joze Qomeş Temporan ölkə sakinlərini sağlam olmaq üçün fiziki fəallığa daha çox diqqət ayırmağa çağırıb. "Frans Press" agentliyinin məlumatına görə, o, əhalini xüsusilə seks və rəqsə çox vaxt ayırmağa səsləyib. "İnsanlar fəal olmalıdırlar. Braziliyalılar üçün bazar günləri futbol oynamaq yeganə fiziki məşğuliyyət olmamalıdır: çoxlu gəzmək, rəqslər və təhlükəsiz seks! Bunlar vacibdir", - deyə nazir bildirib. Temporanın sözlərinə görə, bu, insanlarda hipertoniya xəstəliyinin qarşısını alır.
Qeyd edək ki, son illər Braziliyada hipertoniyadan əziyyət çəkənlərin sayı sürətlə artır.
Milli.Az