Qriqorçukun komandası superkuboku qazandı

3 Mart 2021 17:49

Belarus superkubokunun qalibi məlum olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, həlledici oyunda "Şaxtyor" (Soliqorsk) ilə BATE qarşılaşıb. Qol vurulmadığına görə oyun penaltilər seriyasına qədər uzanıb.

Burada daha dəqiq olan "Şaxtyor" superkuboku qazanıb. Bu mövsüm tarixində 2-ci dəfə çempion olan Soliqorsk təmsilçisi ilk dəfə superkubokun sahibi olub.

Qeyd edək ki, "Şaxtyor"u "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçuk çalışdırır.

Milli.Az