Ombudsman hüquq müdafiəçisi Novella Cəfəroğlu ilə görüşüb - FOTO

3 Mart 2021 18:44

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlunu 80 illik yubileyi münasibətilə təbrik edib.

Ombudsman Aparatından Milli.Az-a bildirilib ki, Ombudsman ölkəmizdə insan hüquqlarının müdafiəsi, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində fəal iştirakına görə N.Cəfəroğluna təşəkkürünü bildirib, ona fəxri fərman təqdim edib.

Milli.Az