Türkiyə Gürcüstanla ticarət dövriyyəsini 3 milyard dollara çatdırmaq istəyir

3 Mart 2021 15:07

Türkiyə uzun illərdir Gürcüstanın bir nömrəli ticarət tərəfdaşıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin mətbuat konfransında deyib.

Nazir bildirib ki, hazırda Gürcüstanla ticarət dövriyəmiz 1.8 milyard dollardır:

"Əsas məqsədlərimizdən biri də iki ölkə arasında ticarət dövriyyəsini 3 milyard dollara çatdırmaqdır".

Milli.Az