Rəmişin vəziyyətində irəliləyiş var - Həyat yoldaşı

3 Mart 2021 14:56

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) vəziyyətində müsbət nəticələr var.

Milli.Az bildirir ki, bunu Trend-ə Rəmişin həyat yoldaşı Gülü Hüseynova bildirib. Onun sözlərinə görə, həkimlər xalq artistinin müalicəsinə çox diqqətlə yanaşırlar:

"Həkimlərimizin sayəsində hazırda Rafiq Hüseynov nəfəs ala bilir, vəziyyətində irəliləyiş var".

Xalq artistinin həkimi Günay İsmayılova isə bildirib ki, intensiv müalicə öz müsbət nəticələrini verib:

"Laborator göstəricilərdə də nisbi yaxşılaşmalar qeydə alınır, diaqnozu isə qaraciyər serrozu, qaraciyər çatışmazlığı və qaraciyər ensefalopatiyası, ağciyərlərin xroniki obstruktiv xəstəliyi və tənəffüs çatışmazlığıdır. Hazırda da müalicə davam etdirilir".

Milli.Az