Hazal iki illik sevgilisindən ayrıldı

3 Mart 2021 16:04

Ötən gün aktrisa Hazal Filiz Küçükköse kameralara tuş gəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, media əməkdaşlarının suallarını cavablandıran aktrisa yeni layihəsindən danışıb.

"Hazırda bir serial təklifi almışam. Rəqəmsal platformada yayımlanacaq. Yaxın zamanda isə çəkilişlərinə başlayacağıq" deyə, o, bildirib.

Küçükköse  şəxsi həyatı ilə bağlı verilən suala isə "Alp Gülerlə yollarımızı ayırdıq. Artıq birlikdə deyilik" cavabını verib.

Milli.Az