Keçən il lider idilər, bu dəfə adları siyahıda yoxdur - VİDEO

3 Mart 2021 15:54

Ötən il Rusiyanı "Eurovision"da təmsil etmək hüququ qazanan "Little Big" milli seçim turlarında iştirak etməyəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Eurovisionfun" portalı məlumat yayıb. Bildirilib ki, qrupun bu il ölkəsi adına yarışacağı gözlənilsə də, müsabiqədə yer almaqdan imtina edib.

Hələlik 8 martda baş tutacaq milli finalda hansı namizədlərin olacağı məlum deyil.

Xatırladaq ki, "Little Big" qrupunun ötən ilki "Uno" mahnısı 188 milyondan çox baxış toplayaraq müsabiqə tarixində ən çox izlənən layihə olmuşdu.

Milli.Az