Azərbaycanın bir neçə müəssisəsindən Rusiyaya alma və pomidor idxalına icazə verilib

3 Mart 2021 15:44

Rusiya martın 3-dən etibarən Azərbaycanın 8 müəssisəsindən alma, 19 müəssisəsindən pomidor idxalına icazə verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti bildirib.

Qeyd olunub ki, bu qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti əsasında, eləcə də birgə video yoxlamalar zamanı seçilmiş nümunələrin karantin fitosanitar ekspertizasının nəticələrinə müvafiq olaraq verilib.

Milli.Az