Azərbaycanlı müğənnilər kimi "nömrə 1" sayırlar?

23 Yanvar 2012 13:57
Milli.Az-ın Day.Az saytına istinadən verdiyi məlumata görə, Rəqsanə onun üçün bütün müğənnilərin "nömrə 1" olduğunu söyləyib: "Özümü də onların arasında görürəm".

Faiq Ağayev: "Fikrimcə, hazırda səhnəmizdə gündəmdə olan 2 müğənni var - Aygün Kazımova və Röya".

Elçin Cəfərov: "Yalnız Röyanın adını çəkə bilərəm. Onun ustad olacağına inanıram".

Çingiz Mustafayev: "Röyanı yalnız yaradıcılığına görə "nömrə 1" saymıram. O, həm də yaxşı insandır".

Teymur Əmrah: "Röya aktyorluq bacarığı ilə, mahnıları ilə tarixdə qalacaq müğənnilərdəndir. Şübhəsiz ki o, "nömrə 1"dir. Bizim nəslin nümayəndələrindən Aygün Kazımova, Faiq Ağayev də yaxşı oxuyurlar. Ola bilsin ki, bu il Aygün Kazımova elə mahnı oxuyacaq ki, o, "nömrə 1" olacaq. Röya mənə heç nə etməyib. Nə mənzil alıb, nə pul verib ki, onu müdafiə edim. Mən olanı deyirəm. Röya əfsanəvi, əla müğənnidir".

Milli.Az