"Bu səhnədə ən yaxşı mən olacağam" - İbrahimoviç

3 Mart 2021 15:04

"Milan"ın futbolçusu Zlatan İbrahimoviç San-Remoda qatıldığı musiqi festivalından maraqlı açıqlamalar verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 39 yaşlı hücumçu deyib:

"Burada olmaq mənim üçün böyük şərəfdir. Ümumiyyətlə, həmişə özümü böyük və güclü hiss edirəm. Amma burada özümü kiçik hiss edirəm.

Burada rəqabət qaydalarından danışsaq, 22 müğənni iştirak etməlidir. Futbolda olduğu kimi, 11 nəfər 11 nəfərə qarşı. İndi festivalda 26 müğənni var. Onların 4-nü sata bilərik. Hətta "Liverpul"un oyunçu axtardığını da eşitmişəm. Başqa halda onları bağçaya göndərin. Mən onları işlədəcəyəm.

İkinci qayda isə səhnə ilə əlaqədardır. Çox kiçikdir və sizin kimi insanlar üçün hazırlanıb. Səhnənin "San Siro"nun meydançası kimi 105-68 metr arasında olmasına ehtiyacım var.

Stressli deyiləm. Narahat olmayın. Zlatan burada olduğu müddətdə hər şey yaxşıdır. Zlatan festivalı 90 dəqiqə davam edir. Bu səhnədə ən yaxşı mən olacağam. Yalnız bu gecə deyil, həmişə".

Qeyd edək ki, Zlatan sabah "San-Remo" mahnı festivalında "Bolonya"nın baş məçqçisi Sinişa Mixaloviçlə duet oxuyacaq. Onlar Normadi qrupunun hazırladığı "Lo Vagabondo" (Mən avarayam) kompozisiyasını təqdim edəcəklər.

Milli.Az