Niderlandda koronavirus test mərkəzində partlayış olub

3 Mart 2021 14:49

Niderlandın Bovenkarspel şəhərində koronavirus test mərkəzində partlayış olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə yerli polis bildirib.

Partlayış nəticəsində binaya ziyan dəyib. Xəsarət alanların olmadığı deyilir.

Hadisə ilə bağlı araşdırma aparılır. İlkin ehtimallara görə, binada boru partlayıb.

Milli.Az