Sevgilisinin başını bədənindən ayıran biznesmenin həyatından serial çəkilib

3 Mart 2021 15:09

Yeni ekranlara gələn "Masumiyet" serialı uğura imza atıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ekran işini "Youtube" sosial portalında 4 gündə 4 milyon insan izləyib.

Baş rollarında Hülya Avşar, Mehmet Aslantuğ və Deniz Çakır kimi aktyorların çəkildiyi serialın ssenarisi real hadisələrə əsaslanır.

Belə ki, ekran işi 2009-cu ildə 17 yaşlı sevglisinin başını bədənindən ayırıb zibil konteynerinə atan varlı ailənin oğlu Serkay Tütüncün həyatı əsasında lentə alınır.

Milli.Az