Beyləqanda mağazalardan oğurluq edən şəxslər saxlanılıb

3 Mart 2021 14:19

Beyləqanda mağazalardan oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda şəhər ərazisindəki 3 mağazadan ümumilikdə 176 manat pul və 10 460 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş F.Mahmudlu və Füzuli rayon sakini X.Məmmədli saxlanılıb.

Milli.Az