İraqda ABŞ əsgərlərinin olduğu bazaya raket hücumu

3 Mart 2021 13:09

İraqın Ənbar vilayətində yerləşən və ABŞ hərbçiləri tərəfindən istifadə edilən Ayn-əl-Əsəd hərbi bazası raket atəşinə tutulub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı İraqın təhlükəsizlik mənbələrinə istinadən məlumat verib.

Kanalın məlumatına görə, beynəlxalq koalisiya ordusunun bazasının yaxınlığına 10 raket düşüb. Hadisənin digər təfərrüatları araşdırılır.

Milli.Az