İcra başçısı Ziya Məmmədova vəzifə verdi - YENİ TƏYİNATLAR

3 Mart 2021 11:39

Ağstafa Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinatlar olub.

Milli.Az unikal.org-a istinadən bildirir ki, icra başçısı Seymur Orucovun əmri ilə, Məmmədov İsa Mahmud oğlu  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı təyin edilib.

İcra başçısının digər əmri ilə, Məmmədov Ziya Məmməd oğlu Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini, əvvəllər bu vəzifədə çalışan Tağıyev Vüqar Əziz oğlu isə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri təyin edilib.

Milli.Az