Türkiyədə 10 İŞİD-çi saxlanıldı

3 Mart 2021 11:04

Türkiyədə İŞİD terror təşkilatının üzvlərinə qarşı əməliyyat keçirilib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, əməliyyat İstanbul şəhərində keçirilib. Eyni vaxtda 12 ilçədəki 16 fərqli ünvanda keçirilmiş əməliyyat çərçivəsində 10 İŞİD üzvü saxlanılıb.

Saxlanılanların hamısı əcnəbilər olub. Hazırda araşdırmalar və əməliyyat tədbirləri davam etdirilir.

Milli.Az