Arif Babayev və xanımı - FOTO

3 Mart 2021 10:59

Aparıcı Lalə Azərtaş Xalq artisti Arif Babayevin evində qonaq olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, Od çərşənbəsinin xanəndənin ailəsi ilə birlikdə keçirdiyini bildirib.

L.Azərtaş çəkdirdiyi fotoları İnstaqram izləyiciləri ilə bölüşüb. Şəkildə A.Babayevin həyat yoldaşı Gültəkin xanım da yer alıb.

Aparıcı paylaşımına "Çərşənbəmizi onlarla qeyd etdim. Allah böyüklərimizi əskik etməsin. Hər dəfə onlara gedəndə süfrələrində şəhidlərimizin ehsanına hazırlanmış halva olur" sözlərini qeyd edib.

Milli.Az