Koronavirusa qarşı vaksinlər ədalətli şəkildə bölünmür - VİDEO

3 Mart 2021 12:04

Koronavirusa qarşı vaksinlər ədalətli şəkildə bölünmür

Dünya ölkələri arasında vaksinasiya məsələsində ciddi problemlər yaşanır. Vaksinlər ölkələr arasında ədalətlə bölünmür.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bunu millət vəkili Məlahət İbrahimqızı deyib.

O bildirib ki, ədalətsizliyə yol verənlər dünyanın inkişaf etmiş ölkələridir. Çünki bu ölkələr onlara lazım olandan 3-4 dəfə çox vaksin alıblar. Həmin ölkələr sözdə "bərabərlik" və "insan haqları"ndan dəm vursalar da, reallıqda milyonlarla insanın, xüsusilə də yoxsul ölkələrdə yaşayanların hüquqlarını tapdalayırlar.

Millət vəkili bildirib ki, BMT-yə üzv olan 200-ə yaxın ölkənin 120-dən çoxunda vaksinasiya aparılmır. Çünki vaksin istehsalı ilə məşğul olan dünyanın inkişaf etmiş ölkələri bu vasitələri ölkələr arasında düzgün bölmək əvəzinə öz mənfəətlərini güdürlər. Bu isə vəziyyətin başqa bir rakursda irəliləməsinə gətirib çıxarır.

Məlahət İbrahimqızı hesab edir ki, əgər ölkələr arasındakı bu ədalətsizliyə son qoyulmasa, pandemiya ilə mübarizə hədər gedəcək.

Millət vəkili deyib ki, ölkəmizin Çin ilə olan münasibətləri səbəbindən bu ölkədən vaxtında vaksin ala və vaksinasiya prosesinə gecikmədən başlaya bilmişik: "Ancaq vaksin istehsal edən digər şirkətlərə olan müraciətlərimizə hələ də cavab gəlməyib".

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az