"Menajerimi ara"nın aktrisası həmkrarı ilə eşq yaşayır - FOTO

3 Mart 2021 10:04

"Menajerimi ara" serialında rol alan aktrisa Ahsen Eroğlu ilə həmkarı Boran Kuzumun sevgili olduğu iddia olunub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, onların Kadıköydə restoranın qarşısında söhbət etməsi şayiələrin yaranmasına səbəb olub.

Daha sonra isə eyni pişiklə şəkil paylaşmaqları, eyni aksesuarlardan istifadə etmələri bu xəbərləri daha da gücləndirib.

Qeyd edək ki, Boran Kuzum "Menajerimi ara" serialında qonaq aktyor kimi rol almışdı.

Milli.Az