İrəvan Qarabağın Azərbaycan olduğunu etiraf etdi

2 Mart 2021 23:39

Qarabağda doğulan Ermənistan vətəndaşlarının yeni pasportlarında doğum yeri hissəsinə "Azərbaycan" yazılmağa başlanılıb.

Milli.Az "Sputnik Armeniya" xəbər verir ki, bu barədə İrəvanın Ağsaqqallar Şurasının "Mənim addımım" fraksiyasından olan keçmiş üzvü Arsen Karapetyan sosial şəbəkədə yazıb. Karapetyan qeyd edib ki, dostu 80-ci illərin ortalarında Ağdərədə anadan olub. Daha sonra isə Rusiyada yaşayıb və hazırda Ermənistan vətəndaşlığı almaq üçün müraciət edib. Onun pasportunda doğum yeri kimi isə Azərbaycan göstərilib.

Milli.Az