Bakıda beşmərtəbəli binada yanğın olub, xəsarət alan var

2 Mart 2021 22:19

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan mənzilin mətbəxində məişət tullantıları 3 m2 sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az