Pensiyaçılara ŞAD XƏBƏR - Martın 5-də...

2 Mart 2021 22:08

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların ödənilmə vaxtı məlum olub.

Milli.Az panoram.az-a istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirib ki, sözügedən ərazilərdə pensiyaların ödənilməsi mart ayının 5-i tarixinə nəzərdə tutulur.

Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnadır.

Milli.Az