İcra başçısı qazimizə yüksək vəzifə verdi

2 Mart 2021 20:31

İsmayıllı Rayon İcra Hakimiyyətində (RİH) daha bir qazi yüksək vəzifəyə təyin edilib.
Milli.Az xəbər verir ki, icra başçısı Nahid Bağırovun sərəncamına əsasən, Süleymanov Əlişir Muxibbi oğlu RİH başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Əlişir Süleymanov 1992-2016-cı illərdə Azərbaycan Ordusunda müxtəlif hərbi vəzifələr üzrə ön cəbhədə xidmət etmiş Ə.Süleymanov 2016-cı ildə polkovnik-leytenant rütbəsi ilə ehtiyata buraxılıb. 22 iyun 2006-cı il tarixində "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli, 26 iyun 2008-ci il tarixində "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli, 05 iyul 2019-cu il tarixində "FƏDAİ" medallarına layiq görülüb. II qrup Qarabağ Müharibəsi əlilidir. 15 may 2020-ci il tarixindən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı aparatında baş mütəxəssis-komendant vəzifəsində çalışıb.

Ailəlidir, 3 övladı var.

Milli.Az