Van Qoqun rəsminin eskizi rekord qiymətə satıldı

2 Mart 2021 19:32

Niderland rəssamı Vinsent van Qoqun "Gənc yapon qız" əsərinin eskizi rekord qiymətə satılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 1888-ci ildə çəkilmiş eskiz Nyu-Yorkda 10,4 milyon dollara satın alınıb.

Şəkli alan şəxsin adı açıqlanmayıb.

Niderlandlı rəssamın əsərinin orijinalı Vaşinqtonda Milli İncəsənət Qalereyasında saxlanılır.

Milli.Az