Yaponiyada peyvənd olunan xanım vəfat etdi

2 Mart 2021 18:47

Yaponiyada 60 yaşlı qadın koronavirus peyvəndi olunandan sonra vəfat edib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, Yaponiyanın Səhiyyə Nazirliyinin məlumatına görə, qadın "Pfizer/BioNTech" peyvəndi olunandan 3 gün sonra beyin qanaması nəticəsində dünyasını dəyişib.

Onun ölüm səbəbi ilə peyvənd arasında əlaqənin olub-olmadığı araşdırılır.

Hökumətdən isə bildirilib ki, ilkin müayinələr qadının ölümü ilə peyvənd arasında əlaqənin olmadığını göstərir.

Milli.Az