Almaniya şirkətləri Qarabağın bərpasında iştirak imkanlarını nəzərdən keçirir

2 Mart 2021 17:29

Almaniya şirkətləri Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak etmək imkanlarını nəzərdən keçirir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maninq deyib.

Səfir bildirib ki, Almaniya Azərbaycanın İkinci Qarabağ müharibəsi zamani işğal altında olan ərazilərin azad edilməsi ilə bağlı fəaliyyətini diqqətlə izləyib: "Almaniya 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatı alqışlayır və bunu Azərbaycanla Ermənistan arasında münasibətlərin inkişafına ilk addım kimi qəbul edir".

Səfir əlavə edib ki, bu məsələdə hər hansı bir irəliləyiş qeydə alınan kimi Almaniya şirkətləri azad edilmiş ərazilərin bərpasında, eləcə də bu torpaqlarda minaların təmizlənməsi prosesində iştirak etməyə hazır olacaq".

Milli.Az