Ancelina Colinin tablosu 19 milyona satıldı - VİDEO - FOTO

2 Mart 2021 17:30

Bir müddət əvvəl Hollivud ulduzu Ancelina Coli evindəki tablolardan birini hərraca çıxarıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sözügedən əsəri Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçil İkinci Dünya Müharibəsi illərində çəkib.

Ötən gün baş tutan hərracda "Tower of the Koutoubia Mosque" adlı incəsənət əsəri 2 milyon 500 min funt-sterlinqə (5 milyon 800 min manata) təklif edilsə də, rekord qiymətə satılıb.

Böyük Britaniyanın Kristis hərrac evində keçirilən auksionda tablo 8.3 milyon funt-sterlinqə (19 milyon 593 min manat) alıcı tapıb.

Milli.Az