Meşələrin sərhədləri dəqiqləşdiriləcək

2 Mart 2021 16:52

Meşələrin sərhədlərinin daha dəqiq müəyyən edilməsi üçün meşə quruluşu işləri aparılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq şöbəsinin müdiri Teymur Şəkərəliyev "Ekspert saatı" proqramında deyib.

Onun sözlərinə görə, bu işlərin nəticəsindən asılı olaraq, meşələrin xəritələri müəyyən ediləcək. Bu barədə ictimaiyyət də mütəməadi məlumatlandırılacaq.

Milli.Az