"Şəhidlərin qanı soyumayıb, gedib orada oxuya bilmərəm"

2 Mart 2021 16:55

Heç kimin xətrinə dəyməsin, hamı öz düşüncəsi ilə addımlayır. Zəngilana, Qubadlıya çağırdılar, getmədim. Dedim ki, gedə bilmərəm, hələ də şəhidlər gəlir. Orada konsert verməyi özümə yaraşdırmıram. Şəhidlərin qanı hələ soyumayıb. Gedib orada vur çatlasın edə bilmərəm.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Elnur Məmmədov "Gün ortası" proqramında deyib. O, işğaldan azad edilmiş torpaqlarda konsert verənləri tənqid edib.

Elnur aparıcının "Elə bilirəm ki, Vaqif Gərayzadənin tələbələri arasında aqressiv münasibət var. Küsülüdürlər" sualına belə cavab verib:

"Bir verilişə gələndə deyirəm, ailə və sənət adamı haqda sual verməyin. Hamı qəribədir. Yaxşı fikir desən, məsləhət versən belə hər kəs özünü ağıllı bilib, yuxarıda görür deyə pis qəbul edir. Heç kimlə münasibətim pis deyil. İndi hamımız işləmirik, kər kəs evindədir, qorxuruq evdən çıxmağa. Kimləsə görüşmürəmsə, o demək deyil danışmırıq. Danışmadığım adamlar var. Hansısa bir xanımla münasibətim olmaya bilər. Normal qarşılayıram. Naz kimə yaraşır? Xanıma".

Milli.Az