Bu barədə Trend-ə Əfv Komissiyasının üzvü, deputat Elmira Axundova məlumat verib. Onun sözlərinə görə, hazırda komissiyanın üzvləri daxil olan müraciətlərə baxır. Müraciətlər baxıldıqdan sonra Əfv Komissiyasına təqdim olunacaq.
Deputat Əfv Komissiyasının növbəti iclaslarının nə vaxt başlayacağını deməyib.
1994-cü ildən indiyədək imzalanmış 47 əfv fərmanı ilə 5029 şəxs cəzadan azad edilib. Fərmanların 15-i İlham Əliyev, 32-si isə mərhum Prezident Heydər Əliyev tərəfindən imzalanıb. İndiyədək imzalanan 8 Amnistiya Aktı 40 min məhkuma şamil olunub.
Sonuncu əfv fərmanı martın sonunda Novruz bayramı münasibətilə imzalanıb.