“Sen çal kapımı” serialının aktrisasına bıçaqlı hücum - FOTO

2 Mart 2021 18:50

"Sen çal kapımı" serialının aktrisası Melisa Döngelin başına iş gəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, onun yaşadığı məhəllədə qonşusu olan Yusuf adlı şəxs səs-küy yaratdıqlarına görə bələdiyyə işçilərinə bıçaqla hücum edib və onları yaralayıb.

Baş verənlərə şahid olan Melisa qonşusunu polisə şikayət etməklə hədələyib. Bunu görən Yusuf əlindəki bıçaqla aktrisanın evinə basqın edib.

Daha sonra hadisə yerinə gələn polis Melisanın qonşusunu həbs edib. Hazırda Yusuf haqqında cinayət işi açılıb, istintaq aparılır.

Milli.Az