Poçettino "Barselona" ilə cavab oyunundan danışdı

2 Mart 2021 18:39

PSJ-nin baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının 1/8 finalının "Barselona" ilə keçiriləcək cavab matçı haqda danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, argentinalı mütəxəssis "Le Parisien"ə açıqlamasında "Nou Kamp"da rəqiblərinə 4:1 hesabı ilə qalib gəldiklərinə baxmayaraq, Kataloniya klubunun geridönüş etməsinin mümkün olduğunu bildirib:

"Futbolda istənilən nəticə qeydə alınır. Hətta ən gözlənilməz hesab da olur. İstənilən halda biz müsbət əhval-ruhiyyədəyik. Hər matça eyni çəkildə hazırlaşırıq. İndi nəyin qazanılması lazım olduğunu düşünürük".

Qeyd edək ki, PSJ - "Barselona" matçı martın 10-da keçiriləcək.

Milli.Az