Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödənilmə tarixi açıqlandı

2 Mart 2021 14:31

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların ödənilməsi mart ayının 5-i tarixinə nəzərdə tutulur.

Milli.Az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Fonddan bildirilib ki, bu pensiyaçıların arasında güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnalıq təşkil edəcəklər.

Milli.Az