Rusiyada 60-a yaxın şagird zəhərləndi: vəziyyətləri ağırdır

2 Mart 2021 13:44

Rusiyanın Krasnoyarsk şəhərində bir sıra məktəblərdə 60-a yaxın şagird zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, şagirdlərin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Qeyd olunur ki, hazırda 56 nəfər müalicəsini davam etdirir. Zəhərlənən uşaqlar 7-14 yaş arasındadır.

Zəhərlənmənin məktəblərdə verilən salatla əlaqədar olduğu ehtimal edilir.

Milli.Az