"Koronavirusun bəylə gəlini görən gözü yoxdur"

2 Mart 2021 17:38

Müğənni Nadir Qafarzadə pandemiyaya görə toyların keçirilməsinə 1 ildir icazə verilməməsini qınayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, toy görüntüləri paylaşan sənətçi bunları yazıb:

"Toylar üçün darıxan var? Deyilənə görə, virus yalnız toyda yayılır, nə bilim. Virusun bəy və gəlini görən gözü yoxdur. Deyir, iti görüm, qurdu görüm, ancaq bəy-gəlini görməyim".

Milli.Az