Nazirlikdən məktəblərdə dərslərin dayandırılacağı ilə bağlı xəbərlərə REAKSİYA

2 Mart 2021 13:34

Hazırda ümumtəhsil müəssisələrində dərslər öz qaydasında davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

"Xahiş olunur ki, ötənilki məlumatı bu ilə uyğunlaşdırmayasınız. Tədris pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə dayandırılmışdı. Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir".

Milli.Az