"Müğənninin pulu olanda ya ikinci arvad, ya da maşın alır"

2 Mart 2021 17:27

Bizim sahədə bir az imkanı olan kimi ya gedib ikinci arvad alırlar, ya maşın. Mən də maşın həvəskarıyam. Arvad almıram, maşın alıram.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov "Hüseynova bacıları" proqramında deyib. Müğənni həmkarı Firuzə İbadova ilə arasını vurmaq istəyənlərə səslənib:

"Ara qızışdıranlar deyir ki, Cavanşir niyə sənə kömək etmir? Ömürboyu ona kömək edəcəm. Yanındayamsa, bu elə köməkdir. Bu sözü deyənlər bir dəfə bazarlıq edib onun qapısını döyməyiblər. Biz söz-söhbətə gedən adamlar deyilik, nəsə olanda yüz ölçüb, bir biçirik.

Bizim sahədə gərək tərbiyəsiz olasan. Tərbiyəli olanda səni bəyənmirlər. Firuzə xanım toya gedir, 400-500 manat alır. Başqası gəlir foroqramla oxuyur və 7 min alıb gedir. Nə xanımlığı, nə mədəniyyəti, nə gözəlliyi, nə oxumağı var. İncəsənətə mədəniyyətsiz adamlar gəlir".

Milli.Az