"Sevgilim çox varlıdır"

2 Mart 2021 18:44

Ötən gün müğənni Tuğba Ekinci pilot sevgilisi Berk Fenercioğlu ilə kameralara tuş gəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, jurnalistlərlə ayaqüstü söhbət edən ifaçı sevgilisinin ona aldığı barmağındakı üzüklərindən danışıb:

"Berk birinci dəfə mənə 7 qaşlı üzük aldı. Sonra da tək qaşlısını hədiyyə etdi. Sadə görünsələr də, çox dəyərlidirlər. Bir dəfə də 5 qaşlı üzük alıb. Bu ziynət əşyalarından anasının da var. Çox varlıdırlar. Ayrılsam üzüklərimi qaytarmayacam".

Milli.Az