"Türkiyə ilə birgə Vətən müharibəsi haqqında film çəkmək niyyətindəyik" - Nazir

2 Mart 2021 12:53

Azərbaycan və Türkiyə Vətən müharibəsi haqqında birgə film çəkəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu mədəniyyət naziri Anar Kərimov bildirib.

Nazir bildirib: "30 ildir işğal altında olan torpaqlarımızı azad etdik və həmin o müharibə, müharibədə döyüşən qəhrəman əsgər və zabitlərimiz haqqında yüksək səviyyəli bir film çəkmək üçün qardaş ölkə Türkiyənin kino şirkətləri ilə bigə çalışmaq niyyətindəyik".

A.Kərimov qeyd edib ki, Türkiyənin bu sahədə olan təcrübəsini öyrənmək və Azərbaycanda bu təcrübədən istifadə etmək niyyətindədirlər.

Milli.Az