Formula 1 üzrə Azərbaycan Qran Prisi tamaşaçısız keçiriləcək

2 Mart 2021 12:10

2021 Formula 1 Azərbaycan Qran Prisi koronavirus pandemiyası səbəbindən azarkeşlər olmadan keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin bu gün keçirilən seminarında bildirilib.

Qeyd olunub ki, hazırda kütləvi tədbirlərin keçirilməsinə məhdudiyyət qoyulduğu üçün Formula 1 yarışının azakeşlər olmadan keçirilməsinə qərar verilib.

Milli.Az