Xızıda əməliyyat çəkilişi - Yük avtomobilləri toqquşduqdan sonra - VİDEO

2 Mart 2021 12:38

Xızı rayonunda baş verən ağır yol qəzasının görüntüləri yayılıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, martın 1-də saat 9 radələrində Xızı rayonu ərazisində Rusiya vətəndaşı R.Kairov idarə etdiyi "Scania" markalı qoşqulu yük avtomobilini qarşıda gedən rayonun Şorabad qəsəbə sakini Həsənəli Səfərovun idarə etdiyi "Belarus" markalı traktora vurub.

Nəticədə H.Səfərov hadisə yerində ölüb, sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az