Qonşu ölkədə 4 nəfər edam edildi

2 Mart 2021 14:52

İranın Əhvaz şəhərində 4 nəfər "qiyam" ittihamı ilə edam edilib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, İran İnsan Haqları Aktivistləri Agentliyinin üzvləri olan Qasım Heydəri, Əli Hosarci, Hüseyn Silavi və Nasır Hafacıyan adlı 4 nəfər "qiyam" ittihamı ilə Əhvəz şəhərindəki Sepidar həbsxanasında edam edilib.

Edam edilən şəxslər 2017-ci ildə təhlükəsizlik qüvvələri tərəfindən Əhvazdakı iki polis bölməsinə hücum "ittihamı" ilə tutulublar. Dərhal Əhvaz məhkəməsi onları edam cəzasına məhkum edib.

Milli.Az